MCDONALD'S

McDonald's, Amerika Birləşmiş Ştatlarının San Bernardino şəhərində yerləşən Richard və Maurice McDonald tərəfindən 1940-cı ildə qurulan və idarə olunan Amerikanın tanınmış fast-food şirkətidir.

“McDonald’s Azerbaijan” şirkəti bizə yeni il hədiyyələri ilə bağlı müraciət edərkən və istəklərini bildirərkən, brendin tanınmış simvollarınından istifadə olunmasını xüsusilə vurğuladı. İdeyamız dünyamiqyaslı şirkətin qaydalarına əsasən hazırlanmalı idi.

McDonald’s brendinin universalığını və sevimli simvollarını bir araya gətirən dostyana bir hədiyyə yaratmaq qərarına gəldik.

Ninka Cards olaraq iki fərqli dizaynında kart hazırladıq.

Kartlardan biri qırmızı çərçivədə məşhur fri qutusunun yanında şən Santa Klaus, ikincisi isə, qızıl arkalar və yeni il detalları ilə tamamlanan məşhur Happy Meal qutusunun şəklində təsvir edilmiş gözəl bir ev. Bundan əlavə, bayram ağacı üçün əl ilə bəzədilmiş taxta oyuncaqlar hazırladıq. Hamısının üzərinə xüsusi bir etiket əlavə etdik – bir tərəfdə qızıl arka, digər tərəfdə isə, fri kartofları və Yeni il hədiyyələrini əks etdirən illüstrasiya yerləşdirdik.

Heç bir işimiz hədiyyəlik qablaşdırılmasız təhvil verilmədiyinə görə hər bir kartı simvolik yaşıl və qırmızı zərfə qoyduq, bayram ağacı üçün hazırlanan oyuncaq isə xüsusi McDonald’s loqolu bəzəkli kağız paketlərə əlavə olundu. Hər bir kart, illüstrasiya, oyuncaq Ninka Cards-ın özünəməxsus stilində hazırlanmışdır.

McDonald’s brendinin universalığını və sevimli simvollarını bir araya gətirən dostyana bir hədiyyə yaratmaq qərarına gəldik.

Ninka Cards olaraq iki fərqli dizaynında kart hazırladıq: bunlardan biri qırmızı çərçivədə məşhur fri qutusunun yanında şən Santa Klaus, ikincisi isə, qızıl arkalar və yeni il detalları ilə tamamlanan məşhur Happy Meal qutusunun şəklində təsvir edilmiş gözəl bir ev. Bundan əlavə, bayram ağacı üçün əl ilə bəzədilmiş taxta oyuncaqlar hazırladıq. Hamısının üzərinə xüsusi bir etiket əlavə etdik – bir tərəfdə qızıl arka, digər tərəfdə isə, fri kartofları və Yeni il hədiyyələrini əks etdirən illüstrasiya yerləşdirdik.

Heç bir işimiz hədiyyəlik qablaşdırılmasız təhvil verilmədiyinə görə hər bir kartı simvolik yaşıl və qırmızı zərfə qoyduq, bayram ağacı üçün hazırlanan oyuncaq isə xüsusi McDonald’s loqolu bəzəkli kağız paketlərə əlavə olundu. Hər bir kart, illüstrasiya, oyuncaq Ninka Cards-ın özünəməxsus stilində hazırlanmışdır.

Bizim ilə əlaqə saxlayın