Four Seasons şirkəti bizə çox maraqlı ideya ilə müraciət etdi. Moskvadakı otellərində Rusiyanın seçilmiş blogerlərinin iştirakı ilə xüsusi bir çay süfrəsi təşkil olunurdu.
FOUR SEASONS
İlk dəfə 1961-ci ildə qapılarını açmış Four Seasons and Resorts otelinin tarixi davamlı innovasiya, diqqətəlayiq inkişafı və ən yüksək standartlara birmənalı şəkildə həsr olunması barəsində hekayədir.

Təbii olaraq, qonaqlarını əli boş yola salmayan şirkət, onlar üçün xüsusi və unudulmaz hədiyyə hazırlanmasını bizə həvalə etdi. Hədiyyə – Bakıdakı möhtəşəm oteldə 2 gecə və şəhərimizin ən gözəl spa-larının birində bir saatlıq istirahət idi. Bu hədiyyəni maksimal dərəcədə yadda qalan və füsunkar etmək qərarına gəldik.

Hər bir blogerin FS Baku-nun və şəhərimizin görkəmli abidələrinin önündə illüstrasiyalarını çəkdik və fərdi illüstrasiyaları xüsusi dəvətnamənin üzlük hissəsinə əlavə etdik

İçəri hissəsinə isə hər bir qonaq üçün xüsusi olaraq yazılan mətn əlavə olundu. Dəvətnamə kraft zərfə qoyuldu, gül naxışlı incə gümüşü lent ilə bağlandı və imzalı möhürümüzlə tamamlandı.