TEZ-TEZ VERILƏN SUALLAR

Bizə potensial müştərilərdən çox sayıda suallar gəlir. Biz də ən tez-tez verilən sualları toplayıb, cavablarını sizə təqdim edirik.

Hətta pərilərə də onlardan hansı sehrin tələb olunduğunu dəqiq anlamaq lazımdır.

Təəssüf ki, telefonda söhbət edərkən, əhəmiyyətli məlumatı itirmə riski var.  Belə bir hal baş verdikdə nəticədə sifariş istəniləndən tamamilə fərqli ola bilər. Buna görə də, bütün sifarişləri [email protected] elektron poçtla qəbul edirik. Bizə hekayələrinizi yazın və ən kiçik detallarını belə qeyd edin ki, bu hekayədən ilhamlanaraq onu yaddaqalan bir hədiyyə halına gətirək.

Qeyd edək ki, [email protected] e-mail vasitəsilə ilə toy dəvətnamələrinin sifarişini də götürürük. Bundan başqa, bizə məktub yazaraq görüş təyin edə bilər və ya əməkdaşlıq haqqında təkliflər də göndərə bilərsiniz.

Məktublarınızı gözləyirik!

Bayram/ad günü/il dönümünüzə çox az qalıb və siz hələ hədiyyə seçməmisiniz? Narahat olmayın, biz bu halları nəzərə alaraq sizə fərqli dizaynda hazır açıqçalar və hədiyyələr təklif edə bilərik! Bazar ertəsindən cüməyə kimi 10:00-dan 19:00-a kimi studiyamıza üz tutun, əlimizdən gələni edəcəyik ki, sizi razı salaq. Ünvan: 12/15 Nigar Rəfibəyli küç. Passaj 1901, 2ci mərtəbə, Bakı.

Əgər bizim sehirli studiyamız sizin yolunuzun üstundə deyilsə, bizim yaradıcılığımızı həmçinin bu ünvanlarda tapa bilərsiniz:

Gardenshop Narimanov m/s

Mirzəbala Məmmədzadə küç. 29, Bakı

10:00 – 20:00

Gardenshop Nizami m/s

Cəfər Cəbbarlı küç. 48A, Bakı

10:00 – 20:00

Bahar Store Sahil m/s

Üzeyir Həcibəyov küç. 18, Bakı

10:00 – 21:00

Bahar Store Fəvvarələr Meydanı

Şıxali Qurbanov küç, 2/15, Bakı

10:00 – 21:00

Baku Book Center

Qoqol küç. 2, Bakı

10:00 – 22:00

Bahar Store 28 May

28 May küç., 14, Bakı

10:00 – 21:00

Bahar Store R. Behbudov

Rəşid Behbudov küç. 16, Ba

10:00 – 21:00

Ali & Nino 28 Mall

Fizuli küç. və Azadlıq pr. kəsişməsi, Bakı

10:00 – 22:00

Ali & Nino Fəvvarələr Meydanı

Haci Zeynalabdın Tağıyev küç. 19,

Ba

09:00 – 21:00

Xalça Muzeyi

Mikayıl Hüseynov pr. 28, Bakı

Həftə içi 10:00-18:00

Həftə sonu 10:00-20:00

Fleur Privee

Nəriman Nərimanov pr. 127, Bakı

10:00 – 22:00

İmaginarium port baku mall

Netfcılər pr. 151, Bakı

10:00 – 22:00

Qiymətlər həmişə hər bir məhsulun səhifəsində göstərilir.

Heç bir işimizi görməsəydiniz, yaxınlarınıza Ninka Cards-dan fərdi açıqça və ya hədiyyə sifariş edə bilərdinizmi? Bəli, bəli, müasir dünyada hamının, hətta pərilərin də belə reklama ehtiyacı var. Biz bütün müştərilərimizə hörmətlə və anlayışla yanaşdığımız üçün, işimizi paylaşmağa icazə verilməyəndə onları başa düşürük, lakin müştərilərdən də bizi başa düşməyi xahiş edirik.

Fərdi açıqçalar sifariş edildikdən  sonra 3-4 iş günü ərzində hazır olur.

Albom və fotokollajlar 7-14 iş günü ərzində hazır olur.

Bütün sifarişlər mail vasitəsi ilə edildiyinə görə yazışmalar ortalama 2 gün vaxt alır. Sifariş edərkən bu müddəti nəzərə almağınızı və yuxarıda göstərilən tarixlərdən iki gün öncə sifariş etməyinizi xahiş edirik.

Bu gözəl günə əvvəlcədən hazırlaşmaq çox vacibdir. Artıq qonaqların siyahısı, məkan, tarix və gün təyin edilib? O zaman, dəvətnamələri qonaqlara yollamağın vaxtı gəlib çatıb! Bizə e-mail yazıb, necə dəvətnamələr istədiyinizi qeyd edin – gül naxışları ilə, dəbdə olan minimalizm stilində və ya tamamilə qeyri-adi, yalnız sizin ikinizin başa düşəcəyi bir dizaynda? 🙂
Qeyd edək ki, məmnuniyyətlə sizinlə studiyamızda görüşüb, xəyallarınızdakı dəvətnamənin dizaynı haqqında danışmağa hazırıq. Sizdən – maraqlı və romantik hekayəniz, bizdən dizaynla bağlı təkliflər və dadlı çay 🙂
Sifarişin təhvil tarixi dizayndan və tirajdan aslıdır, lakin minimal vaxt 14 iş günü kimi sayılır.
Bəzən bu şirin qaçaqaç zamanı dəvətnamə sifarişini və ya hər hansı başqa bir detalı unuda bilərsiniz. Lakin, narahat olmağa dəyməz! Biz də hazır dizaynlar çoxdur, onlardan birini seçib, 7-10 iş günü ərzində təhvil ala bilərsiniz. [email protected]

Sifarişlər yalnız e-mail vasitəsi [email protected] və ya saytımız vasitəsi ilə qəbul olunur. Korporativ xidmətlərimiz üçün [email protected] və toy xidmətləri üçün [email protected]

Korporativ sifarişlər müqavilə əsasında edilir. Bizimlə istəyinizi müzakirə etmək üçün İnstagram @ninka_cards və ya [email protected] email vasitəsi ilə əlaqə saxlayın.

Açıqçaların ölçüləri, çərçivəli açıqçalar: 21х30 sm (format А4); 14,8х30 sm (format А5)

Şəkilli çərçivələrin ölçüləri : 30х45 sm; 20х20 sm

Fotokollaj çərçivələrin ölçüləri: 50х30 sm; 70х50 sm

Əgər qeyri-standart ölçüdə sifariş vermək istəyirsinizsə, bu haqda bizim e-mail ünvanımıza yazın. Email: [email protected]

Bizim məhsullarımızın hər birini, sadəcə foto qallereya xaric, dünyanın hər bir nöqtəsinə göndərə bilərik. Bu cür göndərmələrin qiyməti və zamanı fərdi olaraq təyinat yerinə görə müzakirə olunur.

Şəhər daxilində çatdırılma əlavə ödəniş ilə mümkündür. Çatdırılmanın qiyməti təyinat ünvanına görə dəyişir.Bütün sifarişləri iş saatları ərzində (Bazar ertəsi-Cümə günü, saat 10:00-19:00 arası) 12/15 Nigər Rəfibəyli küç, Passaj 1901, 2ci mərtəbə ünvanında yerləşən studiyamızdan, bizimlə öncədən əlaqə saxlayaraq təhvil ala bilərsiniz.

Açıqçalarımızın, albomlarımızın və dəvətnamələrimizin əksəriyyəti (70%) sehirli əl işindən ibarət olur. Eskizdə isə hazır məhsulun son nəticəsini göstərmək və anlamaq çox çətindir və bu da sizi və nəticə olaraq pəriləri məyus edə bilər!
Bunun üçün də bizə mümkün qədər çox detallar verin, hekayənizi tam şəkildə yazın və bizə güvənin ki, açıqçanızı tam sizin istəyinizə yaradaq. Sizə söz veririk, əlimizdən gələni edəcəyik ki, razı qalasınız!

Ödəniş açıqça təhvil alındıqda edilir.

Sadəcə qeyri-standart sifariş olduğunda ümümi məbləğin 50% beh olaraq alınır.

Abunə olun

    * Spam yoxdur. Sadəcə lazımlı və aktual xəbərlər