ITALDIZAIN

«İtaldizain Group» şirkəti 1996-cı ildə Bakıda İtaliya mətbəx avadanlığını Azərbaycan bazarına gətirməklə keyfiyyətli xidmət təklif edən bir ticarət şirkəti olaraq fəaliyyətə başladı. İtaldizain Group»un əsas missiyası – öz müştərilərinə komfortlu və gözəl həyat bəxş etməkdir. Şirkət Avropa və Amerikanın üç yüzdən artıq şirktəi ilə birbaşa əməkdaşlıq edir. Bu gün «İtaldizain Group» 21 salon və butiki özündə birləşdirən holdinqdir.

Italdizain bizə Yeni il açıqçaları ilə əlaqədar müraciət edərkən, onların sahib olduğu bir çox lüks butiklərinin də qeyd olunmasını nəzərimizə çatdırdı.

Belə bir qərara gəldik ki, İtaldizain üçün xüsusi bir dizayn hazırlayaq, hansı ki həm brendin ab-havasını, həm də Yeni il bayramını özündə birləşdirsin. Bunun üçün şirkətə məxsus butikləri və şəhərimizin tarixi yerlərini əks etdirən illüstrasiya çəkdik.

Kartın arxa hissəsində şirkətin direktorundan ruhlandırıcı təbrik mətnini əlavə etdik, üzlük hissəsində isə akvarel boyalarla çəkilmiş illüstrasiyamız əks olundu. Şəhərimizin sakinləridə bu illüstrasiyasının bir hissəsidirlər.

Bayram ab-havasını tam şəkildə hiss etdirmək üçün kartlara gümüşü detallar əlavə olundu və beləliklə lüks dizayn tamamlandı.

Bizimlə əlaqə saxlayın