HAQQIMIZDA

Qısacası, əlimizdən gələni edirik ki, ətrafımıza biraz sehr qataq.
Müştərilərimizin hekayələrinə və istəklərinə əsasən fərdi açıqçalar, dəvətnamələr, albomlar, xüsusi giftbokslar hazırlayırıq. Hər bir yeni sifariş və hekayə bizim üçün yeni bir dünya kimidir, çalışırıq ki bu dünyadan maksimum dərəcədə vacib detalları tapıb, sifarişdə gözəl bir şəkildə əks etdirək.
Fərdi sifarişlərdən savayı, biz müştərilərimizə hazır açıqçalar və məhsullar da təklif edirik. Buyurub studiyamıza gələ bilərsiniz, biz isə məmnuniyyətlə sizinlə öz sehrimizi paylaşarıq.

Biz nə edirik?

INDIVIDUAL

Bizim fərdi açıqçalarımız pərilərimizin əsas ilham mənbəyidir. Sizin özəl hekayələrinizi oxuyaraq, hər bir detala fikir verərək, əlimizdən gələni edirik ki, nəticədə mükəmməl bir hədiyyə ortaya çıxsın. Bizə təkrar müraciət edən müştərilərə kömək edirik ki, bizim sehrimizi bütün ailə üzvlərinə/dostlarına/kolleqalarına çatdıra bilsinlər.

KORPORATIV

Müştərilərimizin ehtiyaclarına uyğun xüsusi kartlardan tutmuş, maraqlı hədiyyələrə kimi geniş çeşiddə korporativ xidmətlər təklif edirik. 20-dən çox yerli və beynəlxalq şirkətlərlə çalışıb, kifayət qədər təcrübə yığan pərilərimiz, müştərinin istəklərini təhlil edib, onlar üçün xüsusi hədiyyə hazırlayırlar.

TOY

Pərilərimiz toy və toyla bağlı bütün kiçik detalları çox sevir. İstedadlarını istifadə edərək müştərilər üçün fərdi dizaynda dəvətnamə, stikerlər, kartlar hazırlayaraq, bu özəl günün ab-havasını qonaqlara çatdırırlar. Bundan əlavə, siz artıq mövcud olan dizaynda dəvətnaməni seçib, öz detallarınızı da əlavə edə bilərsiniz.

Biz kimik?

NƏRGİZ

Nərgiz pəri yox, əsl ifritədir. Onun əsas həyat məqsədi müştərilərin maillə sifariş verməsi, qaqaşlara uyğun açıqçaların hazırlanması və keyfiyyət kontorludur. Heç bir əyri kesilən lent ucu, orfoqrafik səhv və ya unudulmuş vergül onun nəzərindən qaçmır.  Əslində ifritə olmağına baxmayaraq, pərilərdən hər gün saat 10:00-19:00 a qədər sehirli enerji alır. Bizim kiçik komandamız onu həyatın heç də qısa və mənasız olmadığına inandırır.  O isə həyatını müsbət müştəri rəyləri, gözəl kağız-kuğuz və işinə olan sonsuz sevgisi üçün yaşayır.

TÜRKAN

Tanış olun, Türkan sizin dizaynerinizdir. O, günün ən soyuq və qaranlıq vaxtlarında belə ofisdə yaşayır və mühafizəçiləri qorxudur. Kofein və istifadəyə yararlı olan (dadlı olmasa da olar) bişintilərlə dolanır. Gördüyü işi sevdiyi üçün hər zaman gülümsəyir, hətta qözü yaşlı olsa belə. Müsbət xüsusiyyətləri: hamıya çox əzizdir. Mənfi xüsusiyyətləri: zədələnmiş sinir sistemi, eynəksiz qara paketi itdən fərqləndirə bilmir.

LALƏ

Danışa danışa daşıda dilə gətirə biləcək insan. Sədərək alverçilərinin qənimi Lalə  gözlediyinən artıq endirim əldə edəndə sevincinən yerə göyə sığmır. Dinc oturmaqlar susmaqla olmadığı kimi heç arası yoxdu amma bu keyfiyyətlərinə baxmayaraq bütün dünyanı ələk-vələk eliyib  hədiyyənizin mükəmməl olması üçün o həmən kiçik düyməciyi tapmağa hazırdı.

ELTAC

Sizin bütün məsələlər üzrə baş məsləhətçiniz, yerli psixoloqunuz və lazımı əşyaların seçilməsində köməkçinizdir. O, gülüş üzrə usta və inanılmaz dərəcədə səbri olan pərimizdir. Özünə şirin buliçka deməyi sevir və meyxanaya qulaq asır.

DİLARƏ

Əgər birdən ofisdə hər hansı bir əşyanı yerinə qoymasanız, Delyanın kefinə soğan doğramış olarsınız! Perfeksionist pəri – Delya əlindən gələni edir ki, ofisdə hər şey qaydasında və öz yerində olsun. Bundan əlavə, o, həm də bizim satış nöqtələrini də nəzarətdə saxlamağı bacarır! Hər həftə satış nöqtələrinə yeni açıqçalar, ekoçantalar, pinlər, skeçbuklar və çaylar çatdırır ki, müştərilər istənilən məhsulu rahatlıqla tapa bilsin. Delya olmasa, ofisdə lent, düymə, ip və s. çatışmamazlığı yaşanar, çünki o, şərəflə “Sədərəyin şəhzadəsi” titulunu da daşıyır (“Sədərəyin kraliçası” titulu digər pərimiz – Laləyə məxsusdur)

LEYLA

Leyla sizin albomlarınızın əsas müəllifidir. Yapışqanlardan çox istifadə edir və bu zaman digər pərilər onu “çox” sevir:) Albomlarınızın bütün kiçik detallarını xüsusi sevgi və şəvqətlə düzür. İşə sanki dadlı yeməklərlə dolu soyuducuya yaxınlaşar kimi, təbbəssümlə gəlir:)

AYNUR

Aynur bizim təqaüdçü pərimizdir və məhz buna görə bütün digər pərilər sanki onun övladlarıdır:) Uşaqlıqda əmək dərsindən verilən tapşırıqları anası və nənəsinin köməyi ilə edən Aynur, indi nəinki qızının düymələrini, hətta müştərilər üçün xüsusi albomlar belə tikməyi bacarır.

NƏRMİN

Sizcə kim İnstagram səhifəmizi maraqlı aparır və sifarişlərin yarısını qəbul edir? Əlbəttə ki, Nərmin! O məqsədlərinə hər cürə nail olmağı bacarır, gözəl çilləri buludlu günlərdə ofisimizi işıqlandırır, səliqə-səhmana olan sevqisi isə heyran edir. Böyük məharətlə İnstagram-story çəkməyi, bərabər e-mail’ları cavablandırıb sifarişləri yoxlamağı və digər bacarığları şübhəsiz ki Sezarı belə valeh edərdi.

ZÜLFİYYƏ

Zülfiyə komandamızla birgə sizin əzizlərinizi və dostlarınızı öz əl işlərimiz ilə sevindirməyə və təəccübləndirməyə  hər zaman hazırdır. Ümid edir ki, qəlbi və əlləri ilə hazırladığı əl işləri sizin dünyanızı gözəlləşdirəcək.

NİGAR

Ninka da nəinki pərilərə həmçinin dovşanla da rastlaşa bilərsiniz! Tanış olun dovşan Nigar! O, dəvətnamələr üçün sifarişlər qəbul edir, hazır açıqçaları satış məntəqələrinə çatdırır və İnstagram da sizin üçün postlar hazırlayır. Onun duzlu- məzəli zarafatları və simiçka gözləri bütün feyaların könlünü oxşayıb.

NƏRGİZ

Nərgiz pəri yox, əsl ifritədir. Onun əsas həyat məqsədi müştərilərin maillə sifariş verməsi, qaqaşlara uyğun açıqçaların hazırlanması və keyfiyyət kontorludur. Heç bir əyri kesilən lent ucu, orfoqrafik səhv və ya unudulmuş vergül onun nəzərindən qaçmır.  Əslində ifritə olmağına baxmayaraq, pərilərdən hər gün saat 10:00-19:00 a qədər sehirli enerji alır. Bizim kiçik komandamız onu həyatın heç də qısa və mənasız olmadığına inandırır.  O isə həyatını müsbət müştəri rəyləri, gözəl kağız-kuğuz və işinə olan sonsuz sevgisi üçün yaşayır.

TÜRKAN

Tanış olun, Türkan sizin dizaynerinizdir. O, günün ən soyuq və qaranlıq vaxtlarında belə ofisdə yaşayır və mühafizəçiləri qorxudur. Kofein və istifadəyə yararlı olan (dadlı olmasa da olar) bişintilərlə dolanır. Gördüyü işi sevdiyi üçün hər zaman gülümsəyir, hətta qözü yaşlı olsa belə. Müsbət xüsusiyyətləri: hamıya çox əzizdir. Mənfi xüsusiyyətləri: zədələnmiş sinir sistemi, eynəksiz qara paketi itdən fərqləndirə bilmir.

ELTAC

Sizin bütün məsələlər üzrə baş məsləhətçiniz, yerli psixoloqunuz və lazımı əşyaların seçilməsində köməkçinizdir. O, gülüş üzrə usta və inanılmaz dərəcədə səbri olan pərimizdir. Özünə şirin buliçka deməyi sevir və meyxanaya qulaq asır.

LALƏ

Danışa danışa daşıda dilə gətirə biləcək insan. Sədərək alverçilərinin qənimi Lalə  gözlediyinən artıq endirim əldə edəndə sevincinən yerə göyə sığmır. Dinc oturmaqlar susmaqla olmadığı kimi heç arası yoxdu amma bu keyfiyyətlərinə baxmayaraq bütün dünyanı ələk-vələk eliyib  hədiyyənizin mükəmməl olması üçün o həmən kiçik düyməciyi tapmağa hazırdı.

HƏLİMƏ

Bütün maaşını lazımsız şeylərə xərcləyən qız. Üzdən mələk əslində isə mələk cildinə girmiş cadugarımızdır. İti caynaqlı sevimli pişicik kimi təssəvvür edə bilərsiniz. Hamının acığına yeyib bir qram belə kökəlməmək istedadına malikdir. Uşaqlıqda mebellər və divar kağızlarının üstündə, indi isə planşetdə illüstrasiyalar çəkir.

LEYLA

Leyla sizin albomlarınızın əsas müəllifidir. Yapışqanlardan çox istifadə edir və bu zaman digər pərilər onu “çox” sevir:) Albomlarınızın bütün kiçik detallarını xüsusi sevgi və şəvqətlə düzür. İşə sanki dadlı yeməklərlə dolu soyuducuya yaxınlaşar kimi, təbbəssümlə gəlir:)

AYNUR

Aynur bizim təqaüdçü pərimizdir və məhz buna görə bütün digər pərilər sanki onun övladlarıdır:) Uşaqlıqda əmək dərsindən verilən tapşırıqları anası və nənəsinin köməyi ilə edən Aynur, indi nəinki qızının düymələrini, hətta müştərilər üçün xüsusi albomlar belə tikməyi bacarır.

AYDAN

Bayram, təbrik (və qeyri) açıqcalarda maksimal atmosfer yaradarkən öz dünyasına qərq olan illüstratorumuz monitorla tək bə tək “söhbət” edir. Bu söhbətdən onu yalnız kompüterin donması, və ya əlinin ağraması ayıra bilər. Tükənməyən enerji və ilham üçün isə yanında, əlinin altında, demək olar ki hər tərəfində (kompüter ekranından tutmuş fincana qədər) Van Qoqun şedevral əsərləri və sevdiyi şirniyyatlar vardır.

NƏRMİN

Sizcə kim İnstagram səhifəmizi maraqlı aparır və sifarişlərin yarısını qəbul edir? Əlbəttə ki, Nərmin! O məqsədlərinə hər cürə nail olmağı bacarır, gözəl çilləri buludlu günlərdə ofisimizi işıqlandırır, səliqə-səhmana olan sevqisi isə heyran edir. Böyük məharətlə İnstagram-story çəkməyi, bərabər e-mail’ları cavablandırıb sifarişləri yoxlamağı və digər bacarığları şübhəsiz ki Sezarı belə valeh edərdi.

NİGAR

Ninka da nəinki pərilərə həmçinin dovşanla da rastlaşa bilərsiniz! Tanış olun dovşan Nigar! O, dəvətnamələr üçün sifarişlər qəbul edir, hazır açıqçaları satış məntəqələrinə çatdırır və İnstagram da sizin üçün postlar hazırlayır. Onun duzlu- məzəli zarafatları və simiçka gözləri bütün feyaların könlünü oxşayıb.

MƏRİŞ

Bu qız şirkətin ən gənc işçisidir, ona görə də həmkarlarından maksimum dərəcədə qayğı görür. Onun ikinci peşəsi gülməli və gülməli olmayan zarafatları fikirləşməkdir. O, sifarişlərinizi qeydə alır və sizi xoşbəxt etmək üçün əlindən gələni edir. Çox güman ki, bir gün botanik olmaqdan imtina edəcək, ancaq bu tamamilə fərqli bir hekayədir.

ZÜLFİYYƏ

Zülfiyə komandamızla birgə sizin əzizlərinizi və dostlarınızı öz əl işlərimiz ilə sevindirməyə və təəccübləndirməyə  hər zaman hazırdır. Ümid edir ki, qəlbi və əlləri ilə hazırladığı əl işləri sizin dünyanızı gözəlləşdirəcək.

NİLGÜN

Artıq iki ilə yaxındır ki, Nilgün bizim pərilərdən biridir. İşini çox sevir, ən əsası isə ətrafındakı rəngli kağızları, lentləri və müştərilərdən gələn təsirli hekayələri oxuyub, onlara xüsusi şeir, təbrik mətni ilə kömək etməyi sevir. Boş vaxtlarında kitab oxumağı və filmlərin premyeralarına gedir.

Bizim studiya

Bizim şourumda əl işi açıqçalar və maraqlı hədiyyələr var. Burada “Kelagayim”-dan rəngarəng kəlağayılar,  “Zadagan”-dan gözəl süfrələrə nəzər sala bilərsiniz.

Sevdiyiniz tematik açıqçalardan birini və ya “Art of Kubachi”-dən ekslüziv zinyat əşiyaları seçə bilərsiniz. Şourumda həm də pərilərimizin ən gözəl əl işi nümunələrinə də baxa bilərsiniz.

Hətta bu maraqlı foto belə bizim istedadlı pərimiz tərəfindən çəkilib. Gördüyümüz bütün işlərlə qürur duyuruq.

Dəvətnamənin detallarını dizaynerimizlə müzakirə edərkən, bu rahat kresloda dincələ bilərsiniz. Sizin istəklərinizə əsasən sıfırdan yeni dizayn hazırlayıb, bu möhtəşəm günü unudulmaz etmək üçün əlimizdən gələni edəcəyik.

Açıqça, hədiyyə və ya ekoçanta alarkən, pərilərimizi də iş başında görə bilərsiniz. Onlardan biri hətda sizinlə çıxıb salamlaşa bilər.

Qırmızı kərpic divarlar, iri pəncərələr, pərilərimizin ilhamlanması üçün hər bir detalı düşünmüşük. Təqvimlər, albomlar, əl işi oyuncaqlar, hədiyyə qutular, biz də hər şey var!

Bizim studiya

Bizim şourumda onlarla əl işi açıqçalar və maraqlı hədiyyələr var. Burada “Kelagayim”, “Zadagan”, “Art of Kubachi” kimi yerli brendlərin məhsulları ilə tanış ola, bizim konseptual mağazamıza nəzər sala bilərsiniz. Şourumda həm də pərilərimizin ən gözəl əl işi nümunələrinə də baxa bilərsiniz. Açıqça, hədiyyə və ya ekoçanta alarkən, pərilərimizi də iş başında görə bilərsiniz.

Abunə olun

    * Spam yoxdur. Sadəcə lazımlı və aktual xəbərlər